Yeməklərimizin əvəzolunmaz tərəvəzi olan soğan, dadı ilə yanaşı insan orqanizminə verdiyi töhfə ilə də istehlak edilməsi lazım olan qidalar arasındadır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, soğanın insan sağlamlığı üçün böyük əhəmiyyəti var. Yeməklərə dad qatan soğanın immunitet sistemini gücləndirməkdən tutmuş qriplə mübarizəyə qədər bir çox faydası var.
Tərkibindəki yüksək C vitamini ilə mikroblarla mübarizə aparır və hüceyrələrin yenilənməsinə töhfə verir. Tərkibində B9 və B6 vitamini kimi bir çox vitamin olduğu üçün qırmızı qan hüceyrələrinin istehsalını dəstəkləyir. Tərkibindəki antioksidantlar sayəsində bədəndəki trigliserid səviyyəsini azaldır. Xolesterolu tənzimlədiyi üçün ürək xəstəliyi riskini də minimuma endirir.
Soğanı mütəmadi olaraq üzünüzə sürtsəniz, dəridəki sızanaq və çapıqlar azalacaq. A və E vitaminləri sayəsində dəriyə parlaq bir görünüş verir.