Siqareti tərgitməyə  kömək edən məhsullar
31 may 2024 14:54 (UTC +04:00)

Siqareti tərgitməyə kömək edən məhsullar

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tütün hər il 8 milyondan çox insanın həyatına son qoyur.

Lent.az xəbər verir ki, alimlər siqareti tərgitməyə kömək edən məhsulların adı açıqlanıb. 

Alimlərin sözlərinə görə, düzgün seçilmiş pəhriz siqareti buraxmağa kömək edə bilər. 

Onlar qeyd edirlər ki, C vitamini ilə zəngin qidalar - portağal, çiyələk və bolqar bibəri yesəniz, siqaretə olan həvəs azalacaq. Bu vitamin orqanizmin nikotini udmaq və bədəndən xaric etmək qabiliyyətini artırır.

Pəhrizinizə süd məhsulları - süd, qaymaq, yağ, qatıq və pendir əlavə etməyə dəyər. Çünki onların tərkibində kazein var, bu da nikotinə olan həvəsi azaldır.

Bundan əlavə, yaşıl çay pis vərdişlə mübarizə aparmağa kömək edir. O, antioksidantlarla zəngindir və onu gün ərzində içmək siqaretə olan həvəsi cilovlaya bilər və ümumiyyətlə sakitləşdirici təsir göstərir.

Mütəxəssislər deyirlər ki, saqqız da siqaret çəkmək istəyini azalda bilər. Bu, bədəndən toksinlərin çıxarılmasına kömək edən tüpürcək istehsalını stimullaşdırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2592
avatar

Sevinc Fərid

Oxşar yazılar