Siqareti tərgitdikdən sonra orqanizmdə nə baş verir? - CAVAB
07 iyul 2023 12:20 (UTC +04:00)

Siqareti tərgitdikdən sonra orqanizmdə nə baş verir? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu siqaret tərgitdikdən sonra orqanizmdə baş verən dəyişikliklərlə bağlıdır.

Maraqlıdır, görəsən, siqareti tərgitdikdən sonra orqanizmdə nə baş verir?

Lent.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın fikrincə, tütünçəkmə nəticəsində əmələ gələn bir çox xəstəliklərin yaranma riski tütünçəkmədən imtina etdikdən sonra azalır. 

Onun sözlərinə görə, xəstəliklərin yaranmasına görə fərdi risk tütünçəkmənin müddətindən və intensivliyindən asılıdır:

“Siqareti tərgitdikdən sonra orqanizmdə təmizləmə aşağıdakı mərhələlərlə başlayır. İlk 20 dəq ərzində qan təzyiqi normallaşır. 8 saat sonra qanda oksigen səviyyəsi normallaşır, miokard infarktı riski azalır. 24 saat sonra karbonmonoksit orqanizmdən tamamən təmizlənir. 48 saat sonra qanda nikotin səviyyəsi azalır, dad və qoxu hissi yüksəlir. 2 həftə-3ay arası qan dövranı tam bərpa olur. Ağciyərlərin həyat tutumu 30% artır. Fiziki aktivlik yaxşılaşır. 1 ildən sonra koronar arteriyalarla bağlı xəstəlik riski 50% azalır. 5 il sonra ağciyər xərcəngi riski 2 dəfə azalır. İnsult riski siqaret çəkməyənlərlə eyni olur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5154
avatar

Arzu Qurbanlı

Oxşar yazılar