Səyahət etmək  insan sağlamlığına necə təsir edir?
23 sentyabr 2023 10:11 (UTC +04:00)

Səyahət etmək insan sağlamlığına necə təsir edir?

Alimlər səyahətin sağlamlığa necə təsir etdiyini açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Harvard Tibb Məktəbindən bir qrup alim bağırsaq mikrobiotasının antimikrob müqaviməti və səyahətin mikrobiotaya təsiri ilə bağlı rolunu qiymətləndirmək üçün araşdırma aparıb. Tədqiqata 267 ABŞ səyahətçisinin nəcis nümunələri daxil edilib.

Araşdırmanın nəticələri göstərib ki, səyahət edənlərin 38 faizində antibiotiklərə davamlı mikroorqanizmlər var. Bundan əlavə, səyahət edənlərin 67%-də bağırsaq çöplərinin səfərdən əvvəl mövcud olmadığı aşkar edilib. Bu nəticələr insanların qlobal hərəkətinin antibiotiklərə qarşı müqavimətin yayılmasına kömək edə biləcəyini təsdiqləyir. Bununla belə, infeksiyanın qarşısını almağa kömək edəcək qoruyucu amilləri müəyyən etmək üçün daha çox araşdırma tələb olunur.

# 1029
avatar

Arzu Qurbanlı

Oxşar yazılar