Həkimlər diabet dərmanlarının gözlənilməz faydalarını aşkar ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, 2-ci tip diabetin müalicəsində istifadə olunan bir qrup dərman da kolorektal xərçəng riskini azalda bilər.
1,2 milyondan çox xəstə üzərində əhali əsaslı araşdırma aparılıb. Həmin şəxslər 2005-2019-cu illərdə diabet əleyhinə dərmanlar alıblar.
Tədqiqatın nəticələri göstərir ki, qlükaqona bənzər peptid-1 reseptor agonistləri olan RA GLP-1 kolorektal xərçəngin inkişafının qarşısını almaqda metformin və ya insulin kimi məşhur antidiyabetik dərmanlardan əhəmiyyətli dərəcədə daha effektivdir. GLP-1 RA-nın qoruyucu təsiri həm kilolu, həm də obez olan və artıq çəkisi olmayan xəstələrdə müşahidə olunur.
GLP-1 RA adətən inyeksiya yolu ilə verilir. Onlar qan şəkərini azaldır, insulinə həssaslığı artırır və çəkiyə nəzarət etməyə kömək edir. Həmçinin ciddi ürək-damar xəstəliklərinin hallarını azaltdığı da sübut edilib.