Dietoloqlar şəkər asılılığından qurtulmağın yollarını açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, sağlam olmaq üçün şirniyyatdan tamamilə imtina etmək lazım deyil.
Araşdırmalara görə, şəkərin maksimum gündəlik dozası qadınlar üçün 25 qram, kişilər üçün isə 36 qramdır. Şirniyyat istehlakını dayandırmaq üçün dietoloqlar daha tez-tez yağlı qidalar yeməyi tövsiyə edirlər. Çünki yağ daha doyurucu qidadır və uzun müddət toxluq hissi verir.
Dietoloqlar həmçinin zülal və liflə zəngin qidalarla şəkərə olan istəklərin azaldığını bildiriblər. Bundan əlavə, daha çox su içmək və süni dadlandırıcılardan tamamilə imtina etmək lazımdır.