Həkimlər immunitet sistemini zəiflədən səhər yeməyi qidalarını açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yeməyinizdə nə qədər çox doymuş yağ və şəkər varsa, bu sizin immunitet sisteminiz eləcə də rifahınız üçün bir o qədər pisdir.
Orqanizm səhərlər qəbul etdiyiniz qidaya xüsusilə, həssas olur. Beləliklə, məhsullardan həm maksimum fayda, həm də zərər ala bilərsiniz. Üstəlik bəzi qidalar, daha doğrusu, onların birləşmələri sizi müxtəlif xəstəliklərə qarşı həssas edə bilər.
Səhər saatlarında zülallar, kompleks karbohidratlar və iltihab əleyhinə yağlar olan qidalara üstünlük verilməlidir. Amma bu məhsulları düzgün birləşdirmək və qida maddələrinin balansını izləmək vacibdir.
Mütəxəssislərin fikrincə, səhər yeməyinin həddindən artıq şəkər və iltihab əleyhinə doymuş yağlar, o cümlədən bişmiş məhsullar, şəkərli dənli bitkilər və ya emal edilmiş ətlər ilə birləşməsi qanda qlükoza və enerji səviyyələrində dalğalanmalara səbəb ola bilər. Bu da gün ərzində iştaha, konsentrasiyaya və hətta əhval-ruhiyyəyə təsir edir.