Səhər oyanmağın  asan yolları
28 iyun 2023 13:35 (UTC +04:00)

Səhər oyanmağın asan yolları

Mütəxəssislər səhər oyanmağın asan yollarını açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi hərəkətlərin köməyi ilə səhərlər asanlıqla oyanmaq mümkündür.

Zəngli saat üçün düzgün səsi seçin

Yüksək səsli zəngli saatla oyandığınız zaman əhvalınızın pis olması normaldır. Bunun əvəzinə sizi sakit bir şəkildə oyatmaq üçün gözəl bir melodiya seçin.

Bir neçə dəqiqə yataqda uzanın

"Çətin yuxudan" çıxmaq üçün yataqda bir neçə dəqiqə uzanın. Boynunuzu yumşaq bir şəkildə uzadın və masaj edin. 

Yuxudan oyandıqdan sonra idman edin

Günə səhər duşu, sevdiyiniz musiqi və qaçışla başlayın. Yuxudan oyandıqdan sonra idman etmək bədən üçün çox sağlamdır.

Pəncərəni açın

Səhər pəncərələri açın və dərindən nəfəs alın. Bununla günə daha ayıq və sağlam başlayacaqsınız.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1995
avatar

Arzu Qurbanlı

Oxşar yazılar