Saxta günəş eynəklərinə diqqət yetirin: Göz xəstəliklərinə səbəb olur
07 iyul 2023 10:41 (UTC +04:00)

Saxta günəş eynəklərinə diqqət yetirin: Göz xəstəliklərinə səbəb olur

Yayın gəlişi ilə gün eynəyi taxanların sayı artıb. Mütəxəssislər xüsusilə vurğulayırlar ki, gün eynəyi seçərkən çox diqqətli olmaq lazımdır. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, saxta gün eynəklərini bir çox göz xəstəliklərinə səbəb olur.

Oftalmoloq Fatih Kenar bildirib ki, gün eynəyinin şüşəsi yüksək keyfiyyətli olmalıdır. 

Onun sözlərinə görə, saxta gün eynəklərindən istifadə göz sağlamlığı üçün təhlükəli ola bilər:

“Əsl günəş eynəkləri zərərli UV şüalarının qarşısını alır. Saxta eynəklərdə bu qoruma çox vaxt yoxdur və ya təsirsizdir. UV şüaları gözlərinizə və onların ətrafındakı zərif toxumalara təsir edərək katarakta, makula degenerasiyası və göz yanıqları kimi ciddi problemlərə səbəb ola bilər. Saxta eynəklərdə aşağı keyfiyyətli linzalar tez-tez istifadə olunur. Bu, gözlərə əlavə gərginlik gətirir və göz yorğunluğuna səbəb ola bilər. Saxta gün eynəklərinin çərçivələri adətən tez xarab olan materiallardan hazırlanır. Bu, eynəklərin asanlıqla qırılmasına və ya sınmasına səbəb ola bilər. Sınıq və ya sınmış eynək gözlərə zərər verə bilər və ciddi zədələrə səbəb ola bilər. Günəş eynəyi alarkən etibarlı mənbədən orijinal və keyfiyyətli məhsulların seçilməsinin çox vacibdir. Xüsusilə küçədə satılan gün eynəklərindən uzaq durmaq lazımdır. Bu eynəklər həm də refraktiv qüsurlar adlandırdığımız miyopik, hipermetrop və ya astiqmatik səbəb olur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1389
avatar

Arzu Qurbanlı

Oxşar yazılar