Həkimlər sakitləşdirici dərmanların zərərlərini açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlərin fikrincə, bəzi dərmanların həddindən artıq istifadəsi gözlənilməz nəticələrə səbəb ola bilər.
Stress əleyhinə dərmanların yanlış istifadəsi insan sağlamlığı üçün təhlükəli ola bilər. Bu cür dərmanlar davranışa və bədənin ümumi sağlamlığına mənfi təsir göstərir.
Bununla belə, mərkəzi sinir sisteminə təsir edən stimullaşdırıcı dərmanlar hipertoniya, psixi pozğunluqlar və isterik vəziyyətləri olan insanlar üçün təhlükəlidir.
Üstəlik, bu cür dərmanlardan sui-istifadənin ən təhlükəli nəticələrindən biri də asılılığın yaranmasıdır. Dərmanlardan asılılıq onun qəbulunun təsiri zəiflədikdə və istənilən effekti əldə etmək üçün dozanın artırılması tələb olunduqda yaranır.
Dərman vaxtından əvvəl dayandırılırsa, adam daha da pisləşə bilər. Bu cür hərəkətlər nəticəsində qaraciyərə, böyrəklərə və bütün sinir sisteminə zərər vermə riski var. Bu cür dərmanların düzgün istifadə edilməməsi sağlamlığa ciddi zərər verə və arzuolunmaz nəticələrə səbəb ola bilər.