Sağlam dəriyə sahib olmaq üçün nə etməliyik?
19 avqust 2023 09:09 (UTC +04:00)

Sağlam dəriyə sahib olmaq üçün nə etməliyik?

Sağlam dəriyə sahib olmaq üçün hər mövsüm ona qulluq etmək lazımdır. Xüsusilə, yay aylarında dəriyə qulluq edərkən daha diqqətli olmalısınız. Çünki fərqinə varmadan etdiyiniz bəzi səhvlər dərinizə zərər verə bilər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu səhvlər məsamələrin sürətlə tıxanmasına, sızanaq və qara nöqtə kimi dəri problemlərinin yaranmasına səbəb olur. Məsamələrin tıxanmaması üçün dəriyə qulluqda bəzi səhvlərdən uzaq durmaq lazımdır.

Tonik köməyi ilə məsamələrinizi dərindən təmizləyə bilərsiniz. Yay aylarında dərinizi nəmləndirmək lazımdır. Dərinizi hər gün təmizlədikdən sonra nəmləndirici krem çəkin. Uyğun su əsaslı nəmləndiricilər çəkdiyiniz zaman dərinizi gücləndirə bilərsiniz. Çoxlu su içmək vacibdir. Bu dərini parlaq və canlı göstərir.

Əgər məsaməli dəriniz varsa, yığılıb qalan ölü dəridən xilas olmaq vacibdir. Məsamələr böyüdükdə dəri qeyri-sağlam və cansız görünür. Ölü hüceyrələri məsamələrdən çıxarmaq üçün mütəmadi olaraq pilinq etməlisiniz. Əgər məsaməli dəriniz varsa, həftədə bir və ya iki dəfə müntəzəm olaraq pilinq etmək məsləhətdir. Bununla belə, müntəzəm olaraq gil maskası istifadə edərək dərinizi sıxa bilərsiniz. Ümumiyyətlə həftədə bir dəfə təbii gil maskası tətbiq etmək tövsiyə olunur.

1. Aldığınız toz yaşıl gili 1 çay qaşığı su ilə qarışdırın. (1 çay qaşığı gil, 1 çay qaşığı su)
2. Hazırladığınız qarışığı nazik təbəqə ilə dərinizə çəkin.
3. Gil maskası dərinizdə quruyana qədər gözləyin.
4. Sonra dərinizi gil maskadan ilıq su ilə təmizləyin.
5. Ən təsirli nəticə üçün gil maskasını müntəzəm olaraq həftədə 1-2 dəfə edin.
6. Su əsaslı dəriyə qulluq məhsullarından istifadə etmək tövsiyə olunur.
7. Dərini yağlandıran qulluq məhsullarından uzaq durmalısınız.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4203
avatar

Arzu Qurbanlı

Oxşar yazılar