Əsasən oynaqlara, əzələlərə, sümüklərə və bağlara təsir edən revmatizm bir çox xəstəliyi əhatə edən ümumi bir ifadədir. Ağrı, şişlik və hətta hərəkətin məhdudlaşdırılmasına səbəb olan revmatizm bəzi hallarda deformasiyaya ilə də nəticələnir. Bioloji Təbabət Klinikasının revmatoloqları qeyd edir ki, əksəriyyəti xroniki olan revmatik xəstəliklərdə insanların gündəlik həyatlarına davam etdirə bilmələri üçün erkən diaqnoz və nizamlı müalicə çox əhəmiyyətlidir.
Revmatizm əlamətləri
Klinikanın həkimləri bildirir ki, ümumiyyətlə revmatik xəstəliklərdə əzələ, kürək və bel ağrıları, oynaqlarda ağrı və şişkinlik, həzm sistemi şikayətləri, ürək-damar sistemində narahatlıqlar müşahidə edilir. Bundan əlavə, revmatik xəstəliklərin əsas simptomları aşağıdakı kimi sadalanır:
- Nevroloji şikayətlər
- Böyrək funksiyasının azalması
- Nəfəs darlığı
- Hərəkətin məhdudlaşdırılması
- Səhərlər oynaqlarda sərtlik
- Dərinin günəşə qarşı həssaslığı
- Bədənin müxtəlif hissələrində sərtlik
- Zəiflik
- Gözlərdə iltihab
- Görmə qabiliyyətinin pisləşməsi və ya itməsi
- Uzun müddət davam edən yüksək hərarət
Revmatizm müalicəsi necə olur?
Revmatik xəstəlik tam aşkar edildikdən sonra fərdi müalicəyə başlanılır. Dərmanlar bütün bədənə sistemli təsir göstərə bilməsi üçün daxili olaraq tətbiq olunur. Klinikanın həkimləri qeyd edir ki, məqsəd xəstəliyin gedişatına müsbət təsir göstərən dərmanlarla simptomları aradan qaldırmaq və ya xəstəliyin gedişatını dayandırmaq olur.
Revamtizmin inteqrativ tibblə müalicəsi
Qeyd etdiyimiz kimi, revmatizm bir çox müxtəlif növ iltihablı və ya degenerativ xəstəliklərə aid olan bir termindir. Bura osteoartrit, romatoid artrit, ankilozan spondilit kimi müxtəlif xəstəliklər daxildir. Revmatizmin müalicəsi mürəkkəbdir və bir çox fərqli yanaşma tələb edir. Revmatizm üçün inteqrativ təbabət üsullarına əlavə və alternativ müalicə variantları, eləcə də ənənəvi tibb daxildir. Bioloji Təbabət Klinikasının həkimləri revmatizmin inteqrativ tibblə müalicəsinə dair bir neçə məqamı qeyd etmişlər. Gəlin, bu məlumatlara nəzər salaq.
Fizioterapiya: Fizioterapiya revmatizm əlamətlərini idarə etmək və hərəkətliliyi artırmaq üçün istifadə edilən təsirli bir üsuldur.
Məşq: Xüsusi hazırlanmış məşq proqramları revmatizm xəstələrinə əzələləri gücləndirməyə və elastikliyi artırmağa kömək edə bilər.
Qidalanma və pəhriz: İltihab əleyhinə qidaları seçmək və sağlam pəhriz saxlamaq revmatizm əlamətlərini idarə etməkdə faydalıdır.
Akupunktur: Bəzi revmatizm xəstələri akupunkturun ağrıları aradan qaldırmağa kömək etdiyini bildirirlər.
Bitki mənşəli əlavələr: Bəzi bitki mənşəli əlavələr, xüsusilə sarıkök, zəncəfil və omeqa-3 yağ turşuları iltihabı azaltmaqda faydalıdır.
Masaj: Bəzi hallarda masaj əzələ gərginliyini azaldır və bununla da ağrılar aradan qalxır.
Stresin idarə edilməsi: Revmatizm əlamətləri streslə əlaqələndirilə bilər. Meditasiya, dərin nəfəs məşqləri və digər stres idarə üsulları revmatizmli xəstələrə kömək edə bilər.
Klinikanın həkimləri bildirir ki, inteqrativ tibb yanaşması xəstənin fərdi ehtiyaclarına və simptomlarına uyğunlaşdırılır. Revmatizmin müalicəsində inteqrativ tibbi müalicələr adi tibbi üsullarla birlikdə istifadə edilə bilər, lakin alternativ müalicələrdən hər hansı birini istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.