Quduzluğa qarşı ilk dəfə dərman hazırlandı
18 oktyabr 2023 09:35 (UTC +04:00)

Quduzluğa qarşı ilk dəfə dərman hazırlandı

Alimlər quduzluğa qarşı ilk dəfə dərman hazırlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar yeni dərmanla uğurlu sınaq keçiriblər.

Belə ki, elm adamları quduz olan siçana beşinci gündə F11 kimi tanınan xüsusi hazırlanmış monoklonal antikor tətbiq ediblər. Tədqiqat nəticəsində məlum olub ki, quduzluqdan 67% sağ qalma ehtimalı var. İnfeksiyadan sonra yeddinci gündə müalicə 50% kömək edib. 

Bu xəstəliyin ilk əlamətlərinə aşağı hərarət, ağrı, dişləmə və qəribə yanma hissi daxildir. Bundan sonra virus mərkəzi sinir sistemi vasitəsilə yayılır. Quduzluğun simptomlarına həmçinin hiperaktivlik, təşviş və hidrofobiya daxildir.

# 2583
avatar

Arzu Qurbanlı

Oxşar yazılar