Qoltuqaltı tündləşməyə BU ÜSULLA SON
18 oktyabr 2023 10:08 (UTC +04:00)

Qoltuqaltı tündləşməyə BU ÜSULLA SON

Bir çox insan qoltuqaltının qaralmasından şikayətlənir. Genetika, həddindən artıq tərləmə, təraşdan yaranan qıcıqlanma, allergik kontakt dermatit, dar paltar geyinməyə görə sürtünmə və polikistik yumurtalıq kimi müxtəlif səbəblərə görə zamanla qoltuqaltında qaralma meydana gələ bilər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, qoltuqaltının qaralmasının qarşısını alan bəzi təsirli üsullar var. 

Sarıkök və süd

1 çay qaşığı sarıkök və 1 xörək qaşığı südü qarışdırın. Əldə olunan qarışığı qoltuq altına çəkin. 10-12 dəqiqə qurudun və sonra yuyun. Bunu həftədə iki dəfə təkrarlayın. Sarıkök dəri tonunu açmaq və parlaqlaşdırmaq, həmçinin ləkələri aradan qaldırmaq üçün üz maskalarında geniş istifadə olunur. Sarıkök və süd qarışığı qoltuqaltı qaralmasından xilas olmaq üçün ən təsirli üsullardan biri hesab olunur.

Limon və soda

1 xörək qaşığı limon suyu və 1 xörək qaşığı soda qoltuq altındakı qaralmanı aradan qaldırmaq üçün ən təsirli üsullardan biridir. Soda qoltuqaltı nahiyəni ölü hüceyrələrdən təmizləyir. Limon ağardıcı tərkibi ilə qoltuqaltı nahiyəsini ağartmağa kömək edir. 

Alma sirkəsi və soda

Bir qabda 2 çay qaşığı alma sirkəsi və 2 çay qaşığı sodanı yaxşıca qarışdırın. Qarışığı qoltuqaltı nahiyəyə çəkin və qurumasını gözləyin. Soyuq su ilə yuyun. Bunu həftədə üç dəfə təkrarlayın. Dəriniz həssasdırsa, reseptə 2 çay qaşığı yerinə 1 çay qaşığı ilə əməl edin və 1 çay qaşığı su əlavə edin.

Zeytunyağı və qəhvəyi şəkər

2 xörək qaşığı zeytunyağı və 2-3 xörək qaşığı qəhvəyi şəkəri bir qabda qarışdırın. Qarışığı qoltuqaltı nahiyəyə çəkin. 3-5 dəqiqə barmaqlarınızın ucu ilə qoltuqlarınızı ovuşdurun. 10-15 dəqiqədən sonra su ilə yuyun. İstədiyiniz nəticəni əldə edənə qədər bunu həftədə iki dəfə edin. 

Gül suyu və soda

1-2 xörək qaşığı gül suyu və 1 xörək qaşığı sodanı bir qabda qarışdırın və qoltuq altına çəkin. Təxminən 5-7 dəqiqə saxlayın və sonra soyuq su ilə yuyun. Bunu həftədə iki dəfə təkrarlayın.

Kartof suyu 

Kartof suyu qoltuqaltı qaralmasından xilas olmaqda da təsirli ola bilər. Kartofu sürtgəcdən keçirin, rəndələnmiş kartofun suyunu əlinizlə sıxın və şirəni qoltuqlarınıza çəkin. 10 dəqiqədən sonra qoltuqlarınızı soyuq su ilə yuyun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2979
avatar

Arzu Qurbanlı

Oxşar yazılar