Qarpızı  çox yeməyin   ZƏRƏRLƏRİ
18 iyul 2023 14:35 (UTC +04:00)

Qarpızı çox yeməyin ZƏRƏRLƏRİ

Mütəxəssislər həddindən artıq qarpız yeməyin zərərlərini açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, qarpız güclü sidikqovucudur. Bu səbəbdən də qarpızın çoxlu miqdarda qəbulu  böyrəkləri yükləyir. Böyrəklərində ciddi problemləri olanlar, böyrək daşı xəstəliyindən əziyyət çəkənlər qarpız yeməməlidir.

Bəs, qarpızın hansı zərərləri var?

1. Mədə pozulmaları, ishal, bağırsaq iltihabı zamanı qarpız yemək olmaz.

2. Mədəaltı vəzi xəstəlikləri zamanı (kəskin dövrdə) qarpız ziyan vura bilər.

3. İstənilən mədə-bağırsaq xəstəliklərinin kəskin dövründə qarpız xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər.

Bundan əlavə qarpızı yeməkdən dərhal sonra, acqarına və axşam saatlarında yemək olmaz.

Mütəxəssislər qarpızı günorta yeməyindən 1 saat sonra yeməyi tövsiyə edirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9258
avatar

Arzu Qurbanlı

Oxşar yazılar