Qaraciyərin yağlanmasına səbəb olan MƏHSULLAR
21 sentyabr 2025 08:54 (UTC +04:00)

Qaraciyərin yağlanmasına səbəb olan MƏHSULLAR

0

Qaraciyərin yağlanması (piyli hepatoz) xüsusilə artıq çəkisi olan insanlar arasında olduqca geniş yayılmış problemdir və sağlamlıq üçün ciddi təhlükə ola bilər".

Lent.az xəbər verir ki, bunu Gazeta.ru-ya rusiyalı həkim-qastroenteroloq, dietoloq Natalya Panina deyib.

Paninanın sözlərinə görə, qaraciyərin yağlanması diaqnozu orqan hüceyrələrinin 5%-dən çoxu yağ toplayanda qoyulur. Bu xəstəliyin əsas təhlükəsi ondan ibarətdir ki, ürək-damar xəstəliklərinin ehtimalını artırır və sirroza gətirib çıxara bilər.

Piyli hepatozun inkişafının əsas risk amillərindən biri spirtli içkilərin müntəzəm qəbuludur.

"Kişilər üçün 40 q, qadınlar üçün isə 20 q etanoldan çoxunu müntəzəm qəbul etmək xəstəlik riskini artırmaq üçün kifayətdir", - deyə Panina izah edib.

Onun sözlərinə görə, doymuş yağların və transyağların artıqlığı qaraciyər üçün heç də az təhlükə təşkil etmir, onlar fast-fudda və yarımfabrikatlarda olurlar.

Qaraciyərin yağlanmasının inkişafının başqa bir risk amili fruktoza və sadə karbohidratların artıqlığıdır ki, bunlar əsasən şirəli içkilərdə müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar