Pomidoru acqarına yeməyin,  yoxsa...
11 iyul 2023 16:11 (UTC +04:00)

Pomidoru acqarına yeməyin, yoxsa...

Pomidor tərkibindəki vitaminlər sayəsində sağlam sayılsa da, səhv istehlak edildikdə faydadan çox zərər verir. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, çiy halda istehlak edilən pomidor böyrək funksiyalarından tutmuş bağırsaqlara qədər bir çox orqan üçün təhlükə yaradır.

Mütəxəssislər tez-tez bildirirlər ki, pomidor xüsusilə acqarına və çiy halda istehlak edildikdə insan sağlamlığı üçün çox təhlükəli nəticələr verə bilər. Pomidorun tərkibindəki təbii şəkərin şəkər xəstələrinin təzyiqinə mənfi təsir göstərir. Pomidorun həddindən artıq istehlakı həzm problemlərinə səbəb ola bilər. Turşu qida olan pomidor həddindən artıq istehlak edildikdə mədə turşularının tarazlığını pozur.

Pomidor yedikdən sonra mədədə yanma hiss edirsinizsə, pomidoru daha az istehlak etməyə çalışın. Pomidorun həddindən artıq istehlakı oynaqlarda kalsium əmələ gətirən solanin adlı alkaloidin yığılmasına səbəb olur. Bu, oynaqlarda ağrılara səbəb olur, hətta oynaqların quruluşu da dəyişə bilər.

Böyrək daşlarına səbəb olan oksalat mineralı pomidorda yüksək miqdarda olur. Bu, pomidorun həddindən artıq yeyilməsinin böyrək daşlarının əmələ gəlməsinə səbəb olduğunu göstərir. Allergen qida olan pomidorun tərkibində “histamin” adlı maddə var. Bu maddə dərinin qıcıqlanmasına və qızartıya səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1911
avatar

Arzu Qurbanlı

Oxşar yazılar