Piylənmə əməliyyatı idrak qabiliyyətini  yaxşılaşdırır – Alimlər
13 fevral 2024 09:34 (UTC +04:00)

Piylənmə əməliyyatı idrak qabiliyyətini yaxşılaşdırır – Alimlər

Hollandiyanın Radboud Universitetinin Tibb Mərkəzinin alimləri  bariatrik cərrahiyyə (piylənmənin cərrahi müalicəsi) ilə idrak qabiliyyətlərinin təkmilləşdirilməsi arasında əlaqəni müəyyən ediblər. 

Lent.az xəbər verir ki, araşdırmanın nəticələri “ Journal of American Medical Association” (JAMA) jurnalında dərc olunub.

Tədqiqatda 35-55 yaş arası obez olan və mədə kiçiltmə əməliyyatı üçün uyğun olan 133 nəfər iştirak edib. Bu, mədənin böyük hissəsini kəsərək 100 ml-ə qədər "kiçik mədə" yaratmağı əhatə edən bir bariatrik cərrahiyyə növüdür. Belə müdaxilə nəticəsində insan daha az qida ilə kifayətlənmək imkanı qazanır ki, bu da arıqlamağa kömək edir.

Tədqiqatçılar iştirakçıların sağlamlıq vəziyyəti haqqında məlumat toplayıb və onlardan idrak qabiliyyətlərini qiymətləndirmək üçün testlər keçirməyi xahiş ediblər. Əməliyyatdan 24 ay sonra testlər təkrarlanıb.

Məlum olub ki, iştirakçıların 42,9%-nin əməliyyatdan sonra koqnitiv bacarıqları 20% artıb. Bundan əlavə, kilo itkisi depressiya əlamətlərinin azalması ilə əlaqələndirilib.

Tədqiqatçılar, bariatrik cərrahiyyənin ağır piylənmə olan insanlarda psixi sağlamlığın yaxşılaşdırılması üçün potensial bir müalicə ola biləcəyini irəli sürdülər. Bu müsbət təsirin altında yatan mexanizmləri ətraflı öyrənmək üçün əlavə tədqiqatlara ehtiyac var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3144
avatar

Sevinc Fərid

Oxşar yazılar