Terapevt Olqa Kozlova insanların payızda viruslardan necə qorunmalı olduğunu açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimin fikrincə, birinci qayda modaya deyil, havaya uyğun geyinməkdir.
Onun sözlərinə görə, ikincisi şəxsi gigiyenaya nəzarət etmək lazımdır:
“Bundan əlavə, evi təmizləmək lazımdır. Otağın mütəmadi olaraq havalandırılması və mikroorqanizmlərin yığılmasından xilas olmaq üçün nəm təmizləmə aparılmalıdır. İnsanların çox olduğu ictimai yerlərdən çəkinmək və virusların əksəriyyəti hava damcıları ilə ötürülür”.