Onkoloq İvan Karasev xərçəngin üç simptomunu açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, onkoloqun fikrincə, zəiflik, qızdırma və boğaz ağrıları xərçəngin göstəricisi ola bilər.
Onun sözlərinə görə, xərçəngi soyuqdəymə ilə qarışdırmaq olar:
“Çünki bu üç əlamətlər qrip xəstəliyi ilə eynidir. Xərçəngin inkişafı çox uzun müddət davam edən qızdırma ilə göstərilə bilər. Bu zaman heç bir dərman hərarətin aşağı düşməsinə kömək etmir. Məhz bu səbəbdən mütləq həkimə müayinə olunmaq lazımdır”.