Passiv həyat tərzi sağlamlığa zərər verir. Müntəzəm olaraq idman etmək və ya heç olmasa gəzintiyə çıxmaq tövsiyə olunur.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, gündəlik olaraq gəzmək sağlamlıq üçün faydalıdır. Tədqiqatlar göstərir ki, fiziki fəaliyyət 40-a qədər xroniki xəstəliklərin qarşısının alınması ilə bağlıdır.
Bundan əlavə, fiziki fəaliyyət döş xərçəngi, hipertoniya, insulin müqaviməti və diabetin qarşısını almağa kömək edə bilər.
Gəzintinin sağlamlıq üçün açıq faydalarına baxmayaraq, 2022-ci il statistikasına əsasən, kişilərin yalnız 21%-nin və qadınların 19%-nin müntəzəm fiziki fəaliyyətlə məşğul olub.
Ənənəvi olaraq, sağlamlıq faydalarını əldə etmək üçün gündə təxminən 10.000 addım atmağınız lazım olduğu düşünülür. Həmçinin, daha sürətli yeriməyə çalışın. Unutmayın ki, həftədə 150-300 dəqiqə orta intensivliklə məşq etməlisiniz. Bu iki vərdiş birlikdə ömrü uzatmağa kömək edəcək.