Oturaq iş hərəkətsizliyə və maddələr mübadiləsinin ləngiməsinə səbəb olur. Həmçinin piylənmə və şəkər xəstəliyi riskini artırır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, sağlam qalmaq üçün ofisdə daha çox hərəkət etmək lazımdır. Lift yerinə pilləkənlərə üstünlük verməli və naharı ofisdən uzaqda yeməyə çalışmalısınız.
Gözlərinizi həddindən artıq sıxmamaq və oynaq ağrılarından xilas olmaq üçün stulda beliniz dik şəkildə oturmalısınız. Həmçinin müəyyən saatlarda kiçik məşqlar etmək bədəninizdəki ağrıların aradan qaldırılmasında böyük rolu var.