İnnab
23 avqust 2021 09:10 (UTC +04:00)

İnnab

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib.

Lent.az xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq.

Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsaq problemlərini və qəbizliyi aradan qaldırır. Yorğunluqdan, halsızlıqdan sizi xilas edəcək.

Kalorisi az olduğu üçün pəhriz saxlayanlar yeyə bilər. Çin həkimləri araşdırma apararaq öyrəniblər ki, innab həm də xərçəng riskini azaldır. Eyni zamanda şəkər xəstələri üçün xeyirdir. Tərkibində maqnezium zəngin olduğu üçün sümük ağrılarını aradan qaldırır.

C vitamini və antioksidantla zəngin olduğu üçün dəriyə də təravət verir.

İnnabı çayla birlikdə də yeyə bilərsiniz./axşam.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10518
avatar

Oxşar yazılar