Mədəaltı  vəzi xərçənginin   bilinməyən ƏLAMƏTLƏRİ
28 oktyabr 2023 15:45 (UTC +04:00)

Mədəaltı vəzi xərçənginin bilinməyən ƏLAMƏTLƏRİ

Alimlər mədəaltı vəzi xərçənginin bilinməyən əlamətlərini açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, dərinin saralması, həzm problemləri, qəbizlik və ishal mədəaltı vəzi xərçənginin inkişafını göstərə bilər.

Bundan əlavə, nəcisin rəngində dəyişiklik bir xəstəliyi göstərə bilər. Bunun səbəbi qidada olan yağların udulmaması və mədə-bağırsaq traktından xaric olmasıdır. Eyni zamanda, mədəaltı vəzi xərçəngi lazımsız kilo itkisinə və iştahanın azalmasına səbəb ola bilər.

Digər narahatedici simptomlar bel və qarın ağrısıdır. Mədəaltı vəzi şişləri bədənin digər orqan və toxumalarına təzyiq göstərərək bel eləcə də qarın ağrısına səbəb ola bilər. Bu cür simptomlarla rastlaşdıqda mütləq həkimə müayinə olunmaq lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7518
avatar

Arzu Qurbanlı

Oxşar yazılar