Maraqlı TƏKLİF:  Ana südü ilə qidalandırmağı iş kimi tanısınlar
20 noyabr 2023 11:10 (UTC +04:00)

Maraqlı TƏKLİF: Ana südü ilə qidalandırmağı iş kimi tanısınlar

Alimlər deyirlər ki, gender bərabərliyinə nail olmaq üçün dövlət ana südü ilə qidalanmaya iş kimi yanaşmalıdır.

Lent.az xəbər verir ki, bu barədə "The Conversation" məlumat yayıb.

Sosioloqlar “analıq cəzası”nı uşaq doğulduqdan sonra qadınların gəlirlərinin bəzən 55%-ə və ya daha çoxunun azalması adlandırırlar. Yeni hesabatda avstraliyalı elm adamları yeni analar üçün iqtisadi bərabərsizliklə mübarizə, o cümlədən ödənişli valideyn məzuniyyətinin artırılması və əlverişli məktəbəqədər təhsilin təmin edilməsi üçün tövsiyələr təklif ediblər. Bununla belə, “Frontiers in Public Health” elmi jurnalında dərc olunmuş məqalənin müəllifləri hesab edirlər ki, ana südü ilə qidalanmanın dəstəklənməsi üçün tədbirlər görülməyincə “analıq cəzası” ilə mübarizə effektli olmayacaq.

Bir çox qadın ana südü ilə qidalanmağı tövsiyə olunandan daha tez dayandırır, işə üstünlük verir. Çox vaxt ana südü qarışıq ilə əvəz olunur, çünki qadınlar körpələrini işə apara bilmirlər. Bundan əlavə, bir çox şirkət iş yerində körpələrini ana südü ilə qidalandırmaqdan narazıdılar. Buna görə də ana südü ilə qidalandırmaqda israr edən qadınlar alçaldılma, maaş və irəliləmə riski daşıyır.

Nümunə kimi alimlər Norveçin təcrübəsini gətirirlər, burada ana südü ilə qidalanma cəmiyyətin gələcəyinə sərmayə hesab olunur. Bu ölkədə anaların gündə bir saatlıq ödənişli ana südü ilə qidalanma fasiləsi hüququ var. Bu məqsədlə iş yerlərində xüsusi otaqlar təşkil olunacaq. Bundan əlavə, qadınların sığınacaq axtarma ehtiyacını aradan qaldıran Norveçdə ictimai yerlərdə ana südü ilə qidalanma adi haldır.

Ümumdünya Səhiyyə Təşkilatı uşaqların ilk altı ay yalnız ana südü ilə qidalanmasını vacib olduğunu bildirib. Eyni zamanda, iki il və ya daha çox ana südü ilə qidalanmasını tövsiyə edir. Bu, körpələrdə təhlükəli infeksiyaların və xəstəxanaya yerləşdirmə riskini, uzun müddətdə isə qadınlarda döş və yumurtalıq xərçəngi, bəzilərinə görə isə 2-ci tip diabet riskini azaldır. Bütün bunları nəzərə alaraq, ana südü ilə qidalandırmanın məhsuldar iş kimi tanınması və onun siyasətə və büdcəyə daxil edilməsi təkcə qadınlara deyil, bütövlükdə cəmiyyətə də fayda verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2907
avatar

Fidan İlqar

Oxşar yazılar