Alimlər Tutanxamonun mumiyasını  parçalayıblar - DƏHŞƏTLİ FAKTLAR
20 noyabr 2025 16:03 (UTC +04:00)

Alimlər Tutanxamonun mumiyasını parçalayıblar - DƏHŞƏTLİ FAKTLAR

0

Misirdə firon Tutxamunun qalıqlarının tapılmasından 100 il keçir və indi bir tədqiqatçı həmin qazıntılarla bağlı az tanınan faktları üzə çıxarıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, britaniyalı arxeoloq Hovard Karter və misirli arxeoloqlardan ibarət komanda məşhur məzarı Krallar Vadisində aşkarlayıb, lakin mumiyanı tabutdan çıxarmaq üçün onun başını kəsməyə və bədənini parçalamağa məcbur olublar.

Fironun mumiyası eramızdan əvvəl 1323-cü ildə keçirilmiş dəfn mərasimindən qalan qədim qatranla örtülüb və bu qatran 3300 ildən çox müddətdə sərtləşərək daş kimi yapışqan bir təbəqəyə çevrilib.

Qeyd edilir ki, Karter tapıntılar haqqında üç kitab yazsa da, mumiyanın parçalanması ilə bağlı təfərrüatları qəsdən gizlədib. Mütəxəssislərin fikrincə, o, bu məlumatları ictimaiyyətin qınağından çəkinmək üçün açıqlamayıb.

Birmingem Universitetindən Eleonora Dobson həmin anın dəhşətlərini belə təsvir edib:

“Sonrakı yarılma prosesi dəhşətli idi. Tutxamunun başı kəsildi, əl və qol sümükləri çiyinlərdən, dirsəklərdən və biləklərdən ayrıldı, ayaqları bud, diz və topuq hissələrindən qoparıldı, gövdəsi isə çanaq hissəsindən ayrıldı”.

O əlavə edib: “Onun qalıqları sonradan bütöv bədən təsiri yaratmaq üçün yapışdırıldı bu, prosesin qəddarlığını gizlədən qorxunc bir rekonstruksiya idi”.

Bu açıqlamalar fironun məzarını narahat edən hər kəsi bədbəxtlik, xəstəlik və ölümə sürüklədiyi deyilən “fironun lənəti” ətrafındakı mifləri yenidən gündəmə gətirib.

Bu “lənət” anlayışı Karterin ekspedisiyasının əsas üzvlərinin fironun məzarı aşkar edildikdən sonra müəmmalı şəkildə ölməsi ilə bütün dünyada yayılıb. Onların arasında Karterin ekspedisiyasının sponsoru lord Karnarvon da olub. O, bir həşəratın dişləməsindən yaranmış qan zəhərlənməsindən ölüb. Karter isə Hodçkin limfomasından 64 yaşında ölənədək lənətin varlığını inkar etməkdə davam edib.

Aradan bir əsr keçdikdən sonra bəzi tədqiqatçılar, o cümlədən Dobson Karterin Tutxamunun dəhşətli şəkildə parçalanmasını qəsdən gizlətdiyini iddia edirlər. Bu iddialar 1960–1970-ci illərdə aparılan araşdırmalardan sonra daha da aktuallaşdı, çünki tədqiqatçılar Tutxamunun bədəninin məhz yarılmadan sonra yapışdırılaraq bütöv kimi göstərildiyini aşkar ediblər.

Bununla belə, alimlər onilliklərdir mübahisə edirlər: Karter və komanda 1920-ci illərin texniki imkanlarını nəzərə alaraq başqa çıxış yolu tapa bilərdilərmi?

Karterin qeydlərinə əsasən, mumiyanın bədəni tabutun dibinə tamamən yapışmışdı. Çünki 3300 il əvvəl kahinlər fironu çoxlu miqdarda qatran və yağla örtüblər və bu maddə sərtləşərək daş kimi möhkəm yapışqan təbəqəyə çevrilib.

Onlar günlərlə qızmar Misir günəşi altında qızıl sarkofağı açıq saxlayıb, üstəlik, qatranı əridə bilmək üçün lampalardan istifadə ediblər. Lakin heç nə kömək etməyincə Karter, anatomlar Duqlas Derri və Saleh Bey Hamdi fironu tabutdan güc tətbiq edərək çıxarmağa qərar veriblər.

Onlar adi bıçaqları qızdıraraq qatranı əridiblər, daha sonra bıçaq, keskən və çəkici istifadə edərək mumiyanı tabutdan hissə-hissə qoparıblar. Əvvəlcə Tutxamunun məşhur qızıl maskasını çıxarıblar, sonra isə başını bədənindən ayırıblar. Ardınca gövdəni iki yerə bölüb, qolları və ayaqları oynaq yerlərindən sındırıblar.

Nəticədə həm mumiyanı, həm də içindəki qiymətli qızıl və zinət əşyalarını çıxarmaq üçün bədən 12-dən çox hissəyə ayrılıb.

Şəddətli prosesdən sonra Karter və anatomlar hər parçanı isti parafinlə örtüb qorumuş, daha sonra sərgi üçün onları qatranla birləşdiriblər.

Dobson bunu belə şərh edib:

“Karterin qazıntılarını yalnız misirşünaslıq üçün böyük nailiyyət kimi deyil, həm də etik baxımdan yenidən düşünüləsi bir məqam kimi qiymətləndirmək lazımdır”.

O əlavə edib: “Tutxamunun bədəninin parçalanmasının rəsmi mənbələrdə gizlədilməsi bizi arxeoloji nailiyyət anlayışını yenidən nəzərdən keçirməyə və keçmişə daha tənqidi yanaşmağa vadar edir”.

Karterin metodları bəzi tədqiqatçılar tərəfindən sərt şəkildə tənqid olunsa da, digərləri həmin dövrün imkanlarını nəzərə alaraq onu müdafiə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar