8 bıçaq zərbəsi  ilə atasını öldürən Muradın məhkəməsi: "Atam əsəbi idi"
20 noyabr 2025 16:39 (UTC +04:00)

8 bıçaq zərbəsi ilə atasını öldürən Muradın məhkəməsi: "Atam əsəbi idi"

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə atasını qətlə yetirməkdə təqsirləndirilən Murad Nizami oğlu Əmirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid Kərimova Xəyalə həmin gün  qaynanasıgilə qonaq getdiyini dedi:

"Qəfildən küçədən bacımın çığırtısını eşitdim. Dedim yəqin Muradın epilepsiyası  tutub, tez səs gələn tərəfə qaçdım. Gördüm ki, Murad yıxılıb yerə, başı qan içindədir. Həyat yoldaşım da yanımda idi, təcili yardım çağırıb. Muradı xəstəxanaya apardı. Murad çox ailəcanlı, yaxşı oğlan idi, hərbidə aldığı travmalardan sonra belə oldu".

Digər şahid Fuad  Əmirov hadisə baş verəndə evdə olmadığını bildirib:

"Mən gələndə atam xəstəxanada idi, yanına getdim. Murad qəsdən, bilərəkdən bu işi edəcək biri deyil, sağlıq durumunun yaratdığı fəsadların müsibətinə düşdük. Yadımdadır, bir dəfə Muradla birlikdə həyəti yığışdıranda qarışqa yuvasına rast gəldik, Murad qoymadı ki, onlara toxunum. Atam əsəbi, Murad da xəstə adam -  münaqişə və davalar bu səbəbdən olurdu".

Şahidlər daha sonra məhkəmənin və vəkillərin suallarını cavablandırıblar.

Məhkəmə digər şahidlərin dindirilməsi üçün növbəti prosesi 18 dekabr saat 11:00-a təyin etdi.

Xatırladaq ki, hadisə paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 20 ünvanında qeydə alınıb.

1992-ci il təvəllüdlü Murad Nizami oğlu Əmirov atası Nizami Əmirovla mübahisə edib. Mübahisə nəticəsində M.Əmirov atasını səkkiz bıçaq zərbəsi ilə qətlə yetirib. M.Əmirov Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar