Bakının Suraxanı rayonunda ov silahı ilə insident törədilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə avqustun 20-si saat 22 radələrində Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.
44 yaşlı Ceyhun Aşrafov münaqişə zəminində ov tüfəngindən atəş açaraq 43 yaşlı Taleh adlı şəxsə xəsarət yetirib. O xəstəxanaya çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən C. Aşrafov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.