Yaponiyanın insan yeyən  ayıları: qurbanların sayı rekord oldu
20 noyabr 2025 17:14 (UTC +04:00)

Yaponiyanın insan yeyən ayıları: qurbanların sayı rekord oldu

0

Yaponiyada görünməmiş qəhvəyi ayı aktivliyi qeydə alınıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Ətraf Mühit Nazirliyinin məlumatına görə, 2025-ci ilin aprelindən oktyabr ayına qədər hücumlarda yaralananların sayı 196-ya çatıb ki, bu da son beş illik monitorinqdə rekord göstəricidir. Xüsusilə narahatedici məqam təkcə oktyabr ayında yırtıcıların 88 nəfərə xəsarət yetirməsidir ki, bu da sentyabr ayındakı rəqəmdən iki dəfə çoxdur. Bu il artıq ölüm sayına görə rekord il adlandırılıb: aprel ayından bəri 13 nəfər ayıların qurbanı olub.

Ən çətin vəziyyət hücumlardan ən çox insanın əziyyət çəkdiyi Akita, İvate və Fukusima prefekturalarında baş verib.

Hökumət təcili olaraq cavab tədbirlərini gücləndirib, o cümlədən lisenziyalı ovçuları cəlb etmək üçün bələdiyyələrə maliyyə və lojistik dəstək verib. Mütəxəssis çatışmazlığı fonunda polisə təhlükəli yırtıcıları öldürmək üçün odlu silahdan istifadə etməyə icazə verən dəyişikliklər qəbul edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar