Bakıda sığınacaqda ölən qızın VİDEOSU
20 noyabr 2025 14:09 (UTC +04:00)

Bakıda sığınacaqda ölən qızın VİDEOSU

0

Xəbər verdiyimiz kimi, "Təmiz Dünya" sığınacağında yaşayan yeniyetmə faciəvi şəkildə ölüb.

Lent.az xəbər verir ki, ölən qızla bağlı sığınacaq paylaşım edib. 

Paylaşımda qeyd olunur: "Bu faciəni ilk dəfədir yaşayırıq. Sığınacaqda qalan azyaşlı bir qız həyatı ilə vidalaşıb. Bu hadisədən əvvəl o, doğulduğu rayona getmlk istəyirdi və xalasının, həmçinin atasının onu qəbul edəcəyi ümidi ilə yaşayırdı. Xalası dəfələrlə onu götürəcəyini bildirsə də, təəssüf ki, nə himayəyə götürmək üçün müraciət etmiş, nə də real addım atmışdı.

Qızın vəziyyəti ilə bağlı dəfələrlə Sosial Xidmətlər Agentliyinə məlumat vermişdik. Onlar da uşağın ailəsinə qaytarılması üçün çalışırdı. Təəssüf ki, nə ailəsi, nə də ən doğma olan atası onu yanına götürdü. Sosial Xidmətlər Agentliyinin əməkdaşı da onunla dəfələrlə fərdi söhbətlər aparmışdı, lakin bu da müsbət nəticə vermədi. Onun tək istəyi ailəsinə qovuşmaq idi.Ən çox onu tükəndirən atasının ondan imtina etdiyini öyrənməsi oldu.Bu xəbər tam olaraq onun qalan ümidlərinidə qırdı

Bilirsiniz, sığınacaq qapalı müəssisə deyil biz bu hadisənin baş verəcəyini düşünmürdük, amma təhlükənin fərqində idik.Bütün qurumları da məlumatlandırmışdıq Sonda həyatının baharını belə yaşamamış bu qız dünyadan köçdü. Son olaraq qohumları ondan qalan müəyyən məbləği və geyimlərini götürdülər.

Hörmətli media nümayəndələri, bu ağır sarsıntımızı anlayacağınıza və məsələni həssaslıqla işıqlandıracağınıza ümid edirik". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 576

Oxşar yazılar