Əri ölən ana uşaqlarını öldürüb  intihara cəhd etdi
20 noyabr 2025 20:43 (UTC +04:00)

Əri ölən ana uşaqlarını öldürüb intihara cəhd etdi

0

Kanadada 27 yaşlı ana 4 və 5 yaşlı oğullarını öldürdüyünə görə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə 2023-cü il dekabrın 10-da baş verib. Polis çoxmənzilli binanın yaxınlığında xəsarətlər almış qadını tapıb. Onun mənzilinə baxış keçirilən zaman hüquq-mühafizə orqanları iki uşağın meyitlərini aşkarlayıb.

Əvvəlcə qadın birinci dərəcəli qətldə ittiham olunub, lakin psixiatrik ekspertizadan sonra ittiham yüngülləşdirilib. Məhkəmə psixiatri müəyyən edib ki, qadın 2023-cü il dekabrın 1-də 72 yaşlı ərinin leykozdan ölümündən sonra “adaptasiya pozuntusu”ndan əziyyət çəkirmiş.

Toronto şəhərində Ontario Ali Məhkəməsində ittiham olunan qadın emosional şəkildə üzrxahlıq məktubunu oxuyaraq öz hərəkətlərini “ailəni yenidən birləşdirmək istəyi” ilə izah edib. İntihara cəhd etdikdən sonra beldən aşağı iflic qalıb. Mənzildə aparılan axtarış zamanı uşaqlar üçün dəfn geyimləri, mərhum atasının fotosu və vida məktubları tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar