Sumqayıtda dəfələrlə məhkum olunan kişi yenə tutuldu
20 noyabr 2025 18:54 (UTC +04:00)

Sumqayıtda dəfələrlə məhkum olunan kişi yenə tutuldu

0

Sumqayıt şəhərində yerləşən mağazaların birində oğurluq hadisəsi qeydə alınıb.

Lent.az xəbər verir ki, bir nəfər mağazada heç kimin olmamasından istifadə edərək oradan mobil telefon oğurlayıb.

Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı A.Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar