Bu qidalar həftədə bir dəfədən çox  yeyilməməlidir - SƏBƏB
18 noyabr 2025 13:19 (UTC +04:00)

Bu qidalar həftədə bir dəfədən çox yeyilməməlidir - SƏBƏB

0

Mütəxəssislər hətta ən faydalı qidaların belə həddindən artıq istifadə olunarsa, orqanizmə zərər vura biləcəyini deyirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qaraciyər qiymətli və qidalı məhsul sayılsa da, onunla sui-istifadə etmək sağlamlığa ciddi ziyan verə bilər. A vitamininin yüksək miqdarına görə qaraciyərin həftədə bir dəfədən artıq qəbul edilməsi tövsiyə olunmur.

Niyə qaraciyəri tez-tez yemək olmaz?

Qaraciyər – istər soğanla bişmiş klassik yemək formasında, istərsə də paştet şəklində – tez-tez istifadə olunarsa təhlükəli ola bilər. Qaraciyər az yağlı ət növlərindən hesab edilsə və minimal doymuş yağ ehtiva etsə də, tərkibində yüksək xolesterin, həmçinin çoxlu miqdarda vitamin və minerallar var - dəmir, sink, mis, A, B və D vitaminləri.

Mütəxəssislər qaraciyəri və qaraciyər paştetlərini həftədə bir dəfədən çox yeməməyi tövsiyə edirlər. Üstəlik, belə yeməkləri tərkibində retinol - A vitamininin aktiv forması olan əlavə vitaminlərlə birlikdə qəbul etmək olmaz.

Hamilə qadınlara və hamiləlik planlaşdıranlara qaraciyər və onun əsasında hazırlanan məhsulları, o cümlədən paştetləri və retinollu əlavələri tamamilə qidalanmadan çıxarmaq tövsiyə olunur. Menopauza dövründə olan qadınlara da həftədə yalnız bir porsiya qaraciyər yemək məsləhət görülür.

A vitamininin artıq olması nəyə görə təhlükəlidir

A vitamini (retinol) yalnız qaraciyərdə deyil, həm də pendirdə, yumurtada, yağlı balıqda, zənginləşdirilmiş süd məhsullarında və spredlərdə mövcuddur. O, görmə, hüceyrə böyüməsi və immun müdafiəsi üçün vacibdir, lakin artıq qəbul olunduqda toksik təsir göstərir.

A vitamininin həddindən artıq qəbulunun əsas əlamətləri:

•    ürəkbulanma və qusma

•    baş ağrısı və başgicəllənmə

•    görmə pozğunluqları (bulanıq görmə, işığa həssaslıq)

•    dəridə qıcıqlanma, soyulma və qaşınma

•    sümüklərdə və oynaqlarda ağrı

•    selikli qişaların quruması

•    saç tökülməsi

•    qaraciyərin fəaliyyət pozğunluqları

•    sümüklərin zəifləməsi və sınıq riskinin artması


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar