Göyçayda evləri talan edən  tutuldu
20 noyabr 2025 12:50 (UTC +04:00)

Göyçayda evləri talan edən tutuldu

0

Göyçay rayonunda yerləşən evlərin birindən oğurluq edilib.

Naməlum şəxs mənzildə olan 7 min manatdan artıq pul vəsaitini talayaraq ələ keçirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş 29 yaşlı Elşən Fərzəliyev saxlanılıb.

Araşdırmalarla E.Fərzəliyevin rayon ərazində yerləşən daha iki evdən də oğurluq etdiyi müəyyən olunub.  

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar