Çiy toyuğun yuyulması  ölümcül TƏHLÜKƏLİDİR
13 noyabr 2025 12:57 (UTC +04:00)

Çiy toyuğun yuyulması ölümcül TƏHLÜKƏLİDİR

0

Avstraliyanın Qida Təhlükəsizliyi Məlumat Şurasının (Food Safety Information Council, FSIC) mütəxəssisləri xəbərdarlıq ediblər ki, toyuğu bişirməzdən əvvəl yumaq sağlamlıq üçün təhlükəlidir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, xam toyuğu yumaq qida zəhərlənməsi riskini kəskin artırır, çünki onun səthində salmonella və ya E. coli (bağırsaq çöpləri) kimi bakteriyalar ola bilər.

Su ilə yuyarkən bu mikroblar mətbəxin divarlarına, masalara və digər məhsullara sıçrayaraq bütün səthi çirkləndirə bilər.

FSIC sədri Culian Koks qeyd edib ki, toyuq artıq istehsal müəssisəsində ilkin emaldan keçir, buna görə də onu mətbəxəlavə yumağa ehtiyac yoxdur.

Mütəxəssis həmçinin qida zəhərlənməsinin qarşısını almaq üçün bir neçə vacib qayda tövsiyə edib:

Toyuğu yalnız soyuducuda və ya mikrodalğalı sobada, xüsusi konteynerdə əridin. Bu, toyuqdan axan mayenin digər məhsullara və səthlərə düşməsinin qarşısını alır.

Bişirmədən əvvəl əmin olun ki, toyuq tam şəkildə əridilib.

Xam toyuqdan axan şirələrin digər məhsullarla, xüsusilə salat və desertlərlə təmasda olmamasına diqqət edin. Bu məhsullar bişmədiyi üçün bakteriyalar onlarda qala bilər.

Koks vurğulayıb ki, düzgün istilikdə bişirmə və mətbəx gigiyenasına əməl etməklə salmonella və digər bakteriyaların təhlükəsi tam aradan qalxır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar