Makaronu   bu cür yeyin
18 noyabr 2023 12:58 (UTC +04:00)

Makaronu bu cür yeyin

Qida üzrə mütəxəssislər makaron yeməyin orqanizmə təsirlərini açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki,  mütəxəssislərin fikrincə, bərk buğdadan hazırlanan makaron orqanizm üçün faydalıdır. Qidalanmada əsas qayda həddən artıq yeməməkdir. Hətta sağlam qidaları da həddindən artıq istehlak etdikdə bədənimizə zərər verə bilər. 

Yeməyi daha da faydalı etmək üçün belə makaronlara liflə zəngin tərəvəzlər əlavə etmək olar.

Makaronu daha az bişirmək lazımdır. Çünki bu cür bişmiş makaronun tərkibindəki şəkər səviyyəsi aşağı olur. Makaronun faydası həm də son yeməyə əlavə olunacaq məhsullardan asılıdır. Çəki üçün əsas təhlükə makaronu müntəzəm olaraq müxtəlif souslarla birgə istehlak etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10359
avatar

Arzu Qurbanlı

Oxşar yazılar