Mütəxəssislər koronavirusun yeni ştamını aşkar ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, BA.2.86 kimi tanınan Pyrola ştammı koronavirusun yayda ortaya çıxan ən son variantıdır. Bu ştamm genomunda çoxlu sayda mutasiyaya malik olmasına baxmayaraq, onun ötürülməsi, xəstəliyin şiddəti və mümkünlüyü barədə qəti nəticə çıxarmaq üçün hazırda məhdud məlumat var.
Virusun ən çox görülən əlamətlərinə burun axması, baş ağrısı, yorğunluq, asqırma, ishal, göz qıcıqlanması və boğaz ağrısı daxildir.