Koronavirusdan öləcək qadın bu dərmanla sağaldı
06 yanvar 2021 18:57 (UTC +04:00)

Koronavirusdan öləcək qadın bu dərmanla sağaldı

Koronavirüsdən ölmək ərəfəsində olan İngiltərənin Şeffild şəhər sakini, bir sınaq dərmanı sayəsində xilas olub və vəziyyəti yaxşılaşıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 45 yaşlı Kler Heytorn noyabr ayının əvvəlində xəstəliyə yoluxub, bir neçə həftə komada olub. Həkimlər hansısa anda onun yalnız üç gün ömrü olduğunu deyiblər.

Dekabrın 3-də ona romatoid artritin müalicəsində tez-tez istifadə olunan “Anakinra” dərmanı vurmaq qərarına gəliblər.

Qohumları dekabrın 8-də qadının kəskin şəkildə sağalmağa başladığını və dekabrın 11-nə qədər adını çəkəndə reaksiya göstərməyə, əlini tərpətməyə başladığını və sonra tədricən komadan çıxdığını deyiblər.

 “Anakinra” dərmanının Heytornun orqanizminə necə təsir göstərdiyi məlum deyil. İngiltərəli qadını müalicə edən həkimlər baş verənləri “anadangəlmə möcüzə” adlandırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4362
avatar

Oxşar yazılar