Koronavirus eşitmə orqanlarına necə təsir edir?
Xarici alimlər koronavirus infeksiyasının eşitmə orqanlarına mənfi təsir etdiyi qənaətinə gəliblər.
Lent.az xaricimediaya istinadla bildirir ki, bu fərziyyəni koronavirusa yoluxmuş xəstələrdə eşitmə qabiliyyətinin itirilməsinin səbəblərini tədqiq edən Massaçusets Texnologiya İnstitutunun əməkdaşları səsləndirib.
İnsan bədəninə nüfuz edən SARS-CoV-2 virusu eşitmə aparatının hüceyrələrinə hücum edir.
İnfeksiyanın eşitmə orqanlarına təsirini öyrənmək üçün alimlər insanın kök hüceyrələrindən daxili eşitmə sisteminin hüceyrələrini yetişdiriblər.
Bu günə qədər bu cür tədqiqatların aparılması təcrübəli modelin olmaması səbəbindən mümkün deyildi.
Məlum olub ki, bir sıra hüceyrələr SARS-CoV-2 virusunun hüceyrələrə nüfuz etməsi üçün lazım olan zülallar istehsal edir.
Onların tərkibində ACE2 reseptoru və virusun bədənin hüceyrəsi ilə əlaqə saxlamasına kömək edən iki ferment var.
Beləliklə, alimlər koronavirusun daxili qulaq, saç hüceyrələri və SARS-CoV-2 hüceyrələrini yoluxdura biləcəyini təsdiqləyiblər.
Ekspertlər hesab edirlər ki, patogenin eşitmə orqanlarına daxil olmasının mümkün yolu östaki borusudur (orta qulaq boşluğunu burun-udlaqla əlaqələndirən kanal).
Bundan əlavə, virus burun vasitəsilə yayıla bilər, beynin boşluğuna nüfuz edə və daxili qulağa bağlanan sinirlərə təsir göstərə bilər.