Marinadlanmış albalı:  Ət yeməkləri üçün fərqli və ləzzətli qəlyanaltı resepti
23 iyul 2026 19:41 (UTC +04:00)

Marinadlanmış albalı: Ət yeməkləri üçün fərqli və ləzzətli qəlyanaltı resepti

0

Marinadlanmış albalı həm ət və balıq yeməklərinin yanında təqdim oluna, həm də desertlərin bəzədilməsində istifadə edilə bilən qeyri-adi soyuq qəlyanaltıdır. Albalının turşməzə dadı ədviyyatlarla birləşərək özünəməxsus ətir və ləzzət yaradır.

Lent.az bu resepti təqdim edir:

Tərkibi:
350 q albalı
1 xörək qaşığı şəkər
½ çay qaşığı duz
1,5 xörək qaşığı 6%-li üzüm sirkəsi
2 ədəd ətirli istiot dənəsi
1 ədəd mixək
1 ədəd hil (kardamon) qını
200 ml su

Hazırlanması:

Əvvəlcə albalıları yaxşıca yuyun və tumlarını çıxarın. Steril bankanın dibinə ətirli istiot dənələrini, mixəyi və hil qınını yerləşdirin. Daha sonra albalıları bankaya sıx şəkildə düzün. Suyu qaynadın, üzərinə şəkər və duzu əlavə edib bir dəqiqə qaynadın. Ocaqdan götürdükdən sonra sirkəni əlavə edin və hazırladığınız marinadı albalının üzərinə tökün. Bankanın qapağını bağlayın və otaq temperaturunda tam soyuyana qədər saxlayın. Daha sonra soyuducuya qoyaraq 12-24 saat marinadlanmasını gözləyin.

Faydalı məsləhət:

Əgər 6%-li üzüm sirkəsi yoxdursa, onun əvəzinə 9%-li süfrə sirkəsindən də istifadə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar