Kofeindən imtina etməyin faydaları
30 noyabr 2023 09:31 (UTC +04:00)

Kofeindən imtina etməyin faydaları

Mütəxəssislər bir ay ərzində kofeindən istifadə etməməyin faydalarını açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, qəhvənin həddindən artıq istehlakı narahatlıq, yuxusuzluq, baş ağrısı və kofein asılılığına səbəb olur.

Qəhvədən imtina ilk vaxtlarda çətin ola bilər, amma faydaları çoxdur.

1. Yuxu

Kofein beyin və sinir sisteminin fəaliyyətini sürətləndirir, bu da yuxu dövrünün pozulmasına səbəb olur. Kofeindən imtina daha dinc yatmağa və tez yuxuya getməyə imkan verir.

2. Diş çürüməsi riskinin azaldılması

Qəhvə dişlərin ləkələnməsi və minasının aşınmasına səbəb olur. Gündəlik qəhvə istehlakından qaçınmaq dişlərin sağlamlığı üçün faydalıdır.

3. Gənc dəri

Kofein dərinin elastikliyini qoruyan kollagenin istehsalını yavaşladaraq dərinin qocalmasına səbəb ola bilər.

4. Aşağı qan təzyiqi

Kofein qan təzyiqinin artmasına səbəb ola bilər. 

5. Qida maddələrinin daha yaxşı mənimsənilməsi

Yüksək səviyyədə kofein qida maddələrinin udulmasına mane ola bilər. Kofeinin normada istehlakı bu təsirlərə səbəb olmur.

6. Arıqlamaq

Qəhvənin tərkibindəki şəkər, şərbət və kalorili əlavələr çəki artımına səbəb olur. Qəhvədən imtina arıqlamağa kömək edə bilər.

# 1128
avatar

Arzu Qurbanlı

Oxşar yazılar