İsti havalarda bu qidalardan uzaq durun, yoxsa...
11 iyul 2023 11:34 (UTC +04:00)

İsti havalarda bu qidalardan uzaq durun, yoxsa...

Bədən sağlamlığını qorumaq üçün son dərəcə diqqətli olmaq lazımdır. Havaların isti keçməsi ilə əlaqədar qidalanma siyahısının yenidən nəzərdən keçirilməsi tövsiyə olunur.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə sağlamlığınız üçün yağlı qidalardan uzaq durmağınız məsləhətdir.

50 yaşdan yuxarı və 0-5 yaş arası insanlar xüsusilə gün ərzində saat 10:00-16:00 arasında çölə çıxmamalıdır. Ürək, böyrək, diabet kimi xroniki xəstəlikləri olanlar və hamilə qadınlar risk altındadır. Xüsusilə isti havalarda çölə çıxanlarda baş ağrısı, halsızlıq, bədəndə qançırlar, şüurun itirilməsi və şüur dəyişikliyinə qədər dəyişən simptomlar görülə bilər. İsti havalarda yağlı və ağır yeməklərdən uzaq durmaq lazımdır. İsti saatlarda spirtli içkinin qəbulu və siqaret çəkmək olmaz. Maye istehlakı mütləq artırılmalı, qızardılmış qidalardan uzaq durulmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1920
avatar

Arzu Qurbanlı

Oxşar yazılar