İsti havada  bu içkiləri   için
25 iyun 2023 19:46 (UTC +04:00)

İsti havada bu içkiləri için

Endokrinoloq Zuxra Pavlova istidə içilməsi lazım olan içkilərin adını açıqlayıb.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, həkim bildirir ki, bütün bu içkiləri gündə bir stəkandan çox içməmək tövsiyə olunur.

Onun sözlərinə görə, isti havalarda bədən nəmini daha aktiv şəkildə itirir və su balansını normada saxlamaq lazımdır:

“İsti gündə sudan əlavə, bitki çayı susuzluğunuzu yatırmağa kömək edəcək. Bitki çayına şəkər və ya bal əlavə etmək tövsiyə edilmir, dadına görə bir az limon və ya zəncəfil əlavə etmək daha yaxşıdır. Bundan əlavə, mövsümi giləmeyvə və ya meyvələrin üzərinə qaynar su töküb içmək çox faydalıdır.

Giləmeyvələri beş dəqiqədən çox qaynatmamaq kifayətdir. İstidə qurudulmuş meyvələrdən kompot da hazırlamaq olar. Bu içkinin kalorisi kifayət qədər yüksəkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2249

Oxşar yazılar