Həkimdən ÇAĞIRIŞ:  Bu insanlar qətiyyən qazlı su  içməməlidir
04 iyun 2025 16:06 (UTC +04:00)

Həkimdən ÇAĞIRIŞ: Bu insanlar qətiyyən qazlı su içməməlidir

Qazlı su çox vaxt şəkərli içkilərə sağlam alternativ kimi qəbul olunur və bir çox insanlar onu gündəlik istehlak üçün seçirlər. Lakin məlum olub ki, bu seçim bəzi insanlar üçün gizli risklər daşıya bilər.

Bəs kimlər qazlı su içməkdən dərhal imtina etməlidirlər?

Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qazlı su nəyə görə faydalı və niyə təhlükəlidir?

Həkim Xulio Maset qeyd edir ki, qazlı su da adi su kimi bədəni yaxşı nəmləndirir və tərkibində kalori yoxdur. Hətta bəzi tədqiqatlar göstərir ki, o, həzmi asanlaşdıra və yeməkdən sonra mədədə yaranan ağırlıq hissini azalda bilər. Lakin məsələ o qədər də birmənalı deyil.

Həkim Maset və digər mütəxəssislər bəzi insanlara qazlı suyun istifadəsini qətiyyən tövsiyə etmirlər:

Qastroezofageal reflüks (GERB)

Qazlı içkidəki qaz reflüks simptomlarını daha da gücləndirə və qıcqırma, diskomfort yarada bilər.

Qıcıqlanmış bağırsaq sindromu (QBS)

Qastroenteroloqlar qeyd edir ki, qazlı içkilər QBS-dən əziyyət çəkən insanlarda şişkinlik və qaz əmələ gətirərək vəziyyəti daha da ağırlaşdıra bilər.

Bundan əlavə, bəzi mütəxəssislər xəbərdarlıq edirlər ki, bu içkilərin turşuluğu minənin eroziyasına (yuyulmasına) səbəb ola bilər. Bu təsir şəkər və ya süni şirinləşdirici olan qazlı içkilərlə müqayisədə daha az olsa da, risk hələ də mövcuddur.

Qazlı suyu necə içmək lazımdır?

Mütəxəssislər qazlı suyu orta miqdarda və yemək zamanı içməyi tövsiyə edirlər. O, adi qazsız suyun yerini tam şəkildə tutmamalıdır, çünki bədən üçün ən ideal maye gündəlik içilən qazsız sudur.

Əgər siz sözügedən xəstəliklərdən əziyyət çəkir və qazlı sudan sonra narahatlıq hiss edirsinizsə, tamamilə imtina etmək daha yaxşı olar”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 819

Oxşar yazılar