Həddindən artıq qəhvə içmək  nələrə səbəb olur?
28 oktyabr 2023 13:21 (UTC +04:00)

Həddindən artıq qəhvə içmək nələrə səbəb olur?

Təbii qəhvə canlılıq verən, maddələr mübadiləsini sürətləndirən və hətta bir çox orqanların işini yaxşılaşdıran içki hesab olunur. Həkimlərin fikrincə, qəhvənin həddindən artıq istehlakı orqanizm üçün ciddi təhlükə yarada bilər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq qəhvə istehlak edənlərin ən çox qarşılaşdığı problem susuzluqdur. 

Qəhvə, şübhəsiz ki, bir çox müsbət xüsusiyyətləri olan bir içkidir. Alzheimer, Parkinson kimi xəstəliklərin riskini azalda, baş ağrılarını aradan qaldıra, sinir və ürək sistemlərini stimullaşdıra, həmçinin qaraciyər xəstəliklərinin qarşısını ala bilər. Həddindən artıq qəhvə istehlakı səs tellərinə mənfi təsir göstərir. Bu problemin ilk əlaməti səsin dəyişməsidir.

Simptomlara boğaz ağrısı, danışarkən diskomfort hissi, səs diapazonunun itməsi, boğazın qıcıqlanması daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5166
avatar

Arzu Qurbanlı

Oxşar yazılar