Gilasın bilmədiyimiz  faydaları
12 iyul 2023 13:41 (UTC +04:00)

Gilasın bilmədiyimiz faydaları

Həkim Mariya Voronenko yayda gilas yeməyin vacibliyinin səbəbini açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimin fikrincə, yay mövsümündə qida rasionu vitamin, mineral və antioksidantların əvəzsiz qaynağı olan giləmeyvələrlə zənginləşir. 

Onun sözlərinə görə, xüsusilə gilasın istehlakı çox vacibdir:

“Çünki gilas orqanizm üçün bir sıra faydalı xüsusiyyətlərə malikdir. Bu yay meyvəsi çox dadlıdır, qida dəyəri yüksəkdir, kalorisi azdır. Gilasın tərkibində çoxlu miqdarda C vitamini var, məlum olub ki, bu meyvənin cəmi 100 qramı orqanizmin gündəlik ehtiyacının 20 faizini ödəyir. C vitamini isə öz növbəsində bir sıra digər vacib funksiyaları yerinə yetirəcək, xüsusən də immunitet sistemini gücləndirəcək.

Bundan əlavə, gilas həzm sisteminin işini yaxşılaşdıran və bağırsaq mikroflorasının normallaşmasına kömək edən liflə zəngindir. Giləmeyvə həmçinin ürək əzələsini gücləndirən çoxlu kalium ehtiva edir və albalının tərkibindəki kumarinlər qan laxtalanmasının qarşısını alır, tromboz və digər ciddi xəstəliklər riskini azaldır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1761
avatar

Arzu Qurbanlı

Oxşar yazılar