Həkimlər gənclərdə qəfil ürək dayanmasının səbəbini açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, qəfil ürək dayanması fiziki güclə baş verə bilər.
Gənclərdə qəfil ürək dayanması çox vaxt ürək əzələsinin irsi struktur və ya elektrik anomaliyasından qaynaqlanır. Qəfil ürək dayanması halında, insan adətən fiziki gərginlik zamanı huşunu itirir.
Qəfil ürək dayanması hər yaşda və hər hansı həyat tərzində baş verə bilər. Başgicəllənmə, sinə ağrısı və ya huşunu itirmə ilə müşayiət olunursa, mütləq həkimə müraciət etmək lazımdır.