Gecə yatanda telefonu  yastığın altına   qoymayın - XƏBƏRDARLIQ
13 sentyabr 2023 19:09 (UTC +04:00)

Gecə yatanda telefonu yastığın altına qoymayın - XƏBƏRDARLIQ

0

Alimlər yatarkən telefonu yastığın altında saxlamağın nə üçün təhlükəli olduğunu izah ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, smartfon gecə ərzində yastığın yanında qalsa, yuxuda olan şəxs əlavə radiasiya dozası alacaq.

Bu vərdiş ilk növbədə psixikaya mənfi təsir göstərir. Ekrandan yayılan mavi işıq dalğaları səbəbindən orqanizmdə melatonin ifrazı pozulur. Melatonin bədənin bioloji saatını tənzimləmək üçün lazımdır. Bu vəziyyətdə telefonu gecə söndürmək və ya yataqdan uzaq saxlamaq daha yaxşıdır.

Gecə saatlarında smartfonu başınızın yanında qoysanız, mənfi təsirlərin müddəti 33 faiz artır. Alimlər cihazların elektromaqnit şüalanmasının beynin vəziyyətinə mənfi təsir etdiyini və bədxassəli yenitörəmələrin inkişafına səbəb olduğunu bildirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3243

Oxşar yazılar