Ekspert:  “Omicrondan sonra formalaşan immunitet digər ştamlardan qorumayacaq”
28 yanvar 2022 00:16 (UTC +04:00)

Ekspert: “Omicrondan sonra formalaşan immunitet digər ştamlardan qorumayacaq”

“Omicrondan sonra formalaşan immunitet, çox güman ki, orqanizmi koronavirusun digər ştamlarından qorumayacaq”. 

Lent.az-ın məlumatına görə, bunu Moskva Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun direktor müavini Tatyana Rujentsova deyib.

Mütəxəssisin sözlərinə görə, çoxlu sayda mutasiya virusun sürətlə yayılmasına səbəb olub. Bu baxımdan omicrona qarşı immunitetin digər ştamlara qarşı çıxacağını düşünmək olmaz. 

Ekspert insanların özlərini yalnız peyvənd və revaksinasiya vasitəsilə qorunmalarını tövsiyə edib.

O, əlavə edib ki, Rusiyada mövcud koronavirus dalğası uzun sürməyəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2394
avatar

Oxşar yazılar