Doğru günəş kremini necə seçək? - CAVAB
03 iyul 2023 16:01 (UTC +04:00)

Doğru günəş kremini necə seçək? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu günəş kremləri ilə bağlıdır.

Yay aylarının gəlişi ilə günəşin zərərli təsirləri artmağa başlayır. Dərimizi ləkələrdən və qocalma əlamətlərindən qorumaq üçün səhər və axşam günəşdən qoruyucu kremdən istifadə etmək böyük əhəmiyyət kəsb edir.

Bəs, dərimizə uyğun günəş kremini necə seçə bilərik? 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, günəş kremi seçimində ən vacib məqamlardan biri də dəri tipinizə uyğun məhsul tapmaqdır. Həssas dərilər üçün mineral filtr qoruyucuları, yağlı və qarışıq dərilər üçün isə tutqunlaşdırıcı xüsusiyyətlərə malik gel məhsulları tövsiyə olunur.

Ləkəli dəriniz varsa, ləkə əleyhinə tərkibli rəngli günəş kremlərinə üstünlük verilə bilər. Təbii ki, etibarlı bir markadan günəş kremi almaq vacibdir, lakin günəş kreminin tətbiqinin tezliyi də böyük əhəmiyyət kəsb edir. Məhsulun qoruyucu xüsusiyyətlərini itirməməsi üçün günəşdən qoruyucu vasitələrin hər 2 saatdan bir yenilənməsi vacibdir. Günəş kremini təkcə çölə çıxanda deyil, evdə də istifadə etmək lazımdır. Günəş həssaslığı olan insanlar qidalanma vərdişlərinə diqqət yetirərək günəşin zərərli təsirlərini azalda bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1668
avatar

Arzu Qurbanlı

Oxşar yazılar